BME-nin Azərbaycan nümayəndəliyi

Hər proqram üzrə tələb olunan sənədləri apply@bme-budapest.com ünvanına mayın 31-nə kimi göndərmək lazımdır:

Hazırlıq (foundation) və ya bakalavr proqramlarına qəbul üçün:

1. Ərizə formasını doldurmaq;

2. Ümumvətəndaş pasportunun (xarici pasportun) imza və foto olan səhifələrinin sürəti;

3. Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.

Qeyd. Bu ali məktəbdə birbaşa bakalavra qəbul olmaq mümkün deyil, yalnız hazırlığa qəbul olmaq mümkündür və 100% zəmanət veririk. Avqustun sonlarında tələbə Budapeştə getməlidir, əgər ingilis dili və ixtisas imtahanlarından keçərsə, birbaşa birinci kursa başlayır, əgər keçməzsə, onda 1 il hazırlıq oxumalıdır.


Magistratura proqramlarına qəbul üçün:

1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;

2. Ümumvətəndaş pasportunun (xarici pasportun) imza və foto olan səhifələrinin sürəti;

3. Bakalavr diplomunun və qiymətlər olan əlavənin (transkriptin) ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.

4. Ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal ingilis dili sertifikatı.

5. İngiliscə CV.

6. İki ədəd ingiliscə tövsiyə məktubu.


Doktorantura (PhD) proqramlarına qəbul daha spesifikdir, bunun üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

Desktop Site