BME-nin Azərbaycan nümayəndəliyi

Təklif olunan proqramlar:


1. Hazırlıq (foundation). Ali məktəb bütün növ mühəndislik ixtisasları üzrə hazırlıq proqramı təklif edir. İngilis dili biliyi və mühəndislik üzrə texniki bilikləri (fizika, kimya və s.) zəif olanlar 1 il ərzində öz səviyyələrini inkişaf etdirib bakalavra başlaya bilərlər. Hər semestr üzrə təhsil haqqı 3200 avrodur.


2. Bakalavr proqramlarında hər semestr üzrə təhsil haqqı 3200 avrodur:

- Mülki mühəndislik (4 il və ya 8 semestr);

- Mexanika mühəndisliyi (3,5 il və ya 7 semestr);

- Nəqliyyat mühəndisliyi (3,5 il və ya 7 semestr);

- Kompüter elmləri mühəndisliyi (3,5 il və ya 7 semestr);

- Kimya mühəndisliyi (3,5 il və ya 7 semestr);

- Elektrik mühəndisliyi (3,5 il və ya 7 semestr);

- Memarlıq (yalnız bu proqramdə təhsil 5 il davam edir və magistraturaya bərabər diplom verir).


3. Magistratura proqramları - hər semestr üzrə təhsil haqqı 3500 avrodur:

- Tətbiqi riyaziyyat (2 il və ya 4 semestr);

- Mexanika mühəndisliyi modelləşdirilmə (2 il və ya 4 semestr);

- Konqitiv elmlər (2 il və ya 4 semestr);

- Nəqliyyat mühəndisliyi (2 il və ya 4 semestr);

- Kompüter elmləri mühəndisliyi (2 il və ya 4 semestr);

- Kimya mühəndisliyi (2 il və ya 4 semestr);

- Elektrik mühəndisliyi (2 il və ya 4 semestr);

- Mülki mühəndislik (1,5 il və ya 3 semestr) - yalnız bu proqramda hər semestr üzrə təhsil haqqı 3800 avrodur;


3. Doktorantura proqramlarında hər semestr üzrə təhsil haqqı 4500 avrodur:

- Mexanika mühəndisliyi elmi (3 il və ya 6 semestr);

- Kompüter elmi (3 il və ya 6 semestr);

- Nəqliyyat mühəndisliyi (3 il və ya 6 semestr);

- Elektrik mühəndisliyi (3 il və ya 6 semestr).


Tələbələr bütün xərclərini (təhsil haqqı, sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) özləri ödəməlidirlər və aylıq 500-600 avro bəs edir.

Ali məktəbə sənədlərini təqdim edərkən hər şəxs 100 avro müraciət rüsumunu (application fee) ali məktəbin bank hesabına köçürməlidir.


Qeyd. Bu ali məktəb Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb. Həmin təqaüd proqramına sənəd qəbulu üçün bizimlə əlaqə saxlamağa tələsin.