BME-nin Azərbaycan nümayəndəliyi

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (ingiliscə Budapest University of Technology and Economics, macarca Budapesti Műszaki és Gazdaságtudományi Egyetem, rəsmi qısaldılması BME) barədə məlumat verən və tələbə qəbuluna kömək edən "Macarıstanda təhsil" xidmətinin yaratdığı saytda Sizi salamlayırıq. Universitetin Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi bu ali məktəbə qəbul qaydaları, ərizə formasının doldurulması, viza proseduru və digər Sizi maraqlandıran suallara cavab verməyə hazırıq. Ali məktəbdə təhsil almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.


Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (BME) haqqında

1782-ci ildə əsası qoyulan bu universitet mühəndislik sahəsində Mərkəzi Avropada ən böyük ali məktəblərdən biridir. Ali məktəbin hazırki fəaliyyəti təkcə daima dəyişən dünyanın texnoloji ehtiyaclarına cavab vermək deyil, həmçinin yüksək keyfiyyətli və zəmanətli təhsil təmin edən 230 ildən çox təcrübəni və ənənəni gənc nəslə ötürməkdir. Bu faktorlar universitetə bütün dünyadan tələbələri və həmçinin peşəkar müəllimləri cəlb edən beynalxalq şöhrət qazandırıb.


BME-də təhsil almaq üçün səbəblər:

- Çoxillik tarixə əsaslanan yüksək keyfiyyətli təhsil: ali məktəbin dörd Nobel mükafatçısı, çox sayda məşhur alimləri var;

- Nüfuzlu və yüksək reytinqli təhsil proqramlarına malikdir;

- Universitetin diplomunun Azərbaycanda və dünyanın əksər ölkələrində tanınması;

- İl ərzində bütün dünyadan ali məktəbə 1000-dən çox əcnəbi tələbə və xeyli müəllimin gəlməsindən dolayı mehriban beynəlxalq mühiti var;

- Tədqiqat və inkişaf (R&D) barədə nəşrlərin sayına görə Macarıstanın ən yenilikçi universitetdir;

- Sağlam idman həyatı, yeni idman mərkəzləri və bir çox məşhur olimpiya medalçılarına malikdir;

- Ali məktəbin kampusu özü-özülüyündə ayrıca bir şəhərdir və il boyu xoşagələn yerdir, gözəl müasir binaları, çoxillik tarixə malik tədris laboratoriyaları və geniş parkları var;

- Universitetin kampusunun həyəcanla dolu olan və həmişə maraqlı nəsə baş verən Budapeştin mərkəzində yerləşməsi tələbələrə ali məktəbin təşkil etdiyi maraqlı proqramlardan və qaynayan şəhər həyatından zövq almaq imkanı verir.


Ali məktəb barədə ətraflı məlumatı Vikipediyada həm azərbaycanca, həm də ingiliscə oxuya bilərsiniz. Ali məktəbin fotolarına isə Facebook səhifəmizdə baxa bilərsiniz.